Naxçıvan Dövlət Universiteti tələbələri dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunurlar
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı ilə Universitet Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi “Gəncliyin missiyası: Dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev Ulu Öndər Heydər Əliyevin hələ 1995-ci ildə gənclərin I Forumunda “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz” çıxışını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır. Bildirilib ki, Ulu Öndərin bizə miras qoyub getdiyi vətənpərvərlik missiyasının aydın təzahürünü II Qarabağ müharibəsində gənclərimizin timsalında gördük.
TGT sədri Əziz Qasımov qeyd edib ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Vurğulanıb ki, muxtar respublikada uğurlu gənclər siyasətinin nəticəsidir ki, müasir gənclər artıq dünya gəclərinə nümunə olacaq səviyyəyə çatıb. TGT sədri tələbələrin də bu proseslərdə fəal iştirakından danışıb.
Tələbələrin diskussiyası şəklində davam edən tədbirdə suallar cavablandırılıb, fikirlə səsləndirilib. Çıxışlarda II Qarabağ müharibəsində iştirak edən qəhrəman gənclərimizin örnək vətənpərvərlik nümunəsi gənc nəslə aşılanıb.
Qeyd edək ki, ayda bir dəfə olmaqla həyata keçirilən layihə növbəti ay da baş tutacaq.