Naxçıvan Dövlət Universiteti tələbələri “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda  IX muxtar respublika yazı, dekorativ tədbiqi sənət  və rəsm müsabiqəsinin qalibi olublar

Naxçıvan Dövlət Universiteti tələbələri “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IX muxtar respublika yazı, dekorativ tədbiqi sənət və rəsm müsabiqəsinin qalibi olublar

Ali təhsil ocağının İncəsənət fakultəsi Təsviri incəsənət  kafedrasının “Rəngkarlıq” və “Təsviri incəsənət” müəllimliyi ixtisası tələbələri  Naxçıvan Muxtar Respublikasında Sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas  və ali təhsil müəssisələrinin  tələbələri və istedadlı gənclər arasında keçrilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda  IX muxtar respublika yazı, dekorativ tədbiqi sənət  və rəsm müsabiqəsində iştirak ediblər. “Heykəltaraşlıq və dekorativ tətbiqi sənət”  müsabiqəsi üzrə Fərqanə Seyidova, rəsm müsabiqəsi üzrə Nihad Aslanov  müsabiqənin qalibi olublar. Rəsm müsabiqəsi üzrə  Əlizaman Abdinli II, Gülçöhrə Abbasova, İnci Qənbərova, heykəltəraşlıq və dekorativ tətbiqi sənət müsabiqəsi üzrə  Gülçin Yüsifli IIII yeri qazanıblar.

Rəsm  müsabiqəsi üzrə  Türkan Əsədova, Toğrul Əsgərov, Çiçək Quluzadə həvəsləndirici yer tutduğuna görə təltif edilib.