Naxçıvan Dövlət Universiteti tələbələri layihələrin yazılma qaydaları barədə təlimdə iştirak ediblər
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Layihələrin yazılması və idarə olunması qaydaları” barədə onlayn təlim keçirilib. Təlimi Layihələrin yazılması idarəçiliyi və maliyyə savadlılığı üzrə təlimçi-ekspert Azad Manaflı keçib.
Təlimdə çıxış edən universitet TGT-nin sədri Əziz Qasımov tələbələrin belə təşəbbüslərini qiymətləndirib və təlimin işinə uğurlar arzulayıb. Qeyd edilib ki, tələbələr bu cür tədbirlərə qatılmaqla gələcəkdə öz peşə təcrübəsini artıracaq.
Azad Manaflı tələbələrə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT (Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr) analizi haqqında ətraflı məlumat və zəruri tövsiyələr verib. Əldə edilən nəzəri biliklərin praktikada tətbiq edilməsi məqsədilə qrup işləri təşkil edilib. Tələbələr öz sosial layihələrini auditoriyaya təqdim edib. Yekunda təqdim olunan layihələr qiymətləndirilib.