
Naxçıvan Dövlət Universiteti tələbələri onlayn kursda iştirak edərək sertifikat əldə ediblər
Naxçıvan Dövlət Universiteti “İnformatika” kafedrasının müəllimi Səriyə Qasımovanın rəhbərliyi ilə “Riyaziyyat-İnformatika” müəllimliyi ixtisasının IV kurs tələbələri “Alison” onlayn kurs platformasında iştirak ediblər. “Python proqramlaşdırma dilinə giriş” adlı kursda iştirak edən tələbələr keçirilən onlayn imtahanda 80%-dən yuxarı nəticə göstərərək rəqəmsal sertifikat əldə ediblər.
Qeyd edək ki, müxtəlif sahələr üzrə kurslar təşkil edən platforma ödənişsiz olaraq fəaliyyət göstərir. Kursu uğurla keçən hər kəs sonda rəqəmsal sertifikat əldə edir.