Naxçıvan Dövlət Universiteti tələbələri “OPEC” simulyasiyası təşkil ediblər
Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi, universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil ocağının Diplomatiya Mərkəzində “OPEC” simulyasiyası keçirilib.
Tədbirdə tələbələr “OPEC”ə üzv olan 12 ölkəni və Azərbaycanı təmsil ediblər. Qeyd edilib ki, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. Çıxışlarda həmçinin vurğulanıb ki, OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir.
Tələbələrin çıxışları dinlənilib və suallar cavablandırılıb. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.
Sonda tələbələrın uğurlu çıxışları qiymətləndirilib, diplom və hədiyyələrlə mükafatlandırılıb.