Naxçıvan Dövlət Universiteti tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəliblər

Naxçıvan Dövlət Universiteti tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəliblər

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gələn Naxçıvan Dövlət Universiteti tələbələri mükafatlandırılıb. Bu məqsədlə təşkil edilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının, tələbə klublarının, komandalarının birgə fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, gəncliyin gücü ondan səmərəli şəkildə istifadə olunduqda öz səmərəsini verə bilər. Rektor universitetin bütün sahələrində aktiv fəaliyyət göstərən tələbələrin fəaliyyətini təqdir edib, könüllülük fəaliyyəti nəticəsində onların bacarıqlarının ortaya çıxdığı məqamlar diqqətə çatdırılıb. Elbrus İsayev  müsabiqədə fəallıq göstərən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Milli rəqs nominasiyası üzrə qalib komandaya Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı, hədiyyə və universitetin təşəkkürnaməsi təqdim edilib. Solo rəqs, Milli və dünya xalqlarının çalğı alətləri və Vokal nominasiyası üzrə II yeri qazanan tələbələr də fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar.  Milli rəqs üzrə tələbələrin hazırlanmasında əməyi olan universitetin Tələbə Teatr studiyasının rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovaya və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Meliorasiya və Geodeziya mühəndisliyi kafedrasının müəllimi Hüseyn İmanova da universitetin təşəkkürnaməsi təqdim olunub.

Sonda tədbirin  qalibi olmuş Şərur yallısı nümayiş olunub.

Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb. Festivalda özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib.

Leave a Reply

Your email address will not be published.