
Naxçıvan Dövlət Universiteti tələbələrinin Almaniyaya təlimi uğurla başa çatıb
Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrinin Almaniyada təlimi başa çatıb. Bu məqsədlə universitetdə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Rektor bu cür təlimlərin tələbələrin gələcəkdə əsl peşəkar kadr kimi formalaşmasında rolundan danışıb. Tələbələrə təlimdə yaxşı iştirak etdiklərinə görə təqdim edilən sertifikatların gələcək peşə karyerasında əhəmiyyəti vurğulanıb. Keçdikləri təlim üzrə çıxış edən tələbələr orada gördüklərinin onlar üçün böyük təcrübə olduğunu qeyd edib, yaradılan şərait, dövlət qayğısına görə minnətdar olduqlarını bildiriblər. Məlumat üçün onu da qeyd edək ki, “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçirilən təlimdə universitetdən 7 nəfər tələbə və bir müəllim iştirak edib.
Rektor tələbələrin təlimdə iştirakını universitetə göstərilən yüksək dövlət dəstəyi hesab edib, gənclərə bu qayğını layiqincə qiymətləndirməyi və əsl peşəkar kadr kimi formalaşmağı tövsiyyə edib.