
Naxçıvan Dövlət Universiteti tələbələrinin nəzərinə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel 2020-ci il tarixli,138 nömrəli qərarına əsasən əyani şöbənin bakalavr və magistratura təhsil pillələrində ödənişli əsaslarla təhsil alan tələbələrin nəzərinə çatdırılır ki, həmin qərarda göstərilən kategoriyalar üzrə müvafiq sənədlərin hazırlanıb Naxçıvan Dövlət Universitetinin tedris@ndu.edu.az e-mail ünvanına qısa müddətdə göndərilməsi xahiş olunur.
Əlavə məlumat almaq üçün fakültə dekanlarına müraciət etməyiniz xahiş olunur.