Naxçıvan Dövlət Universiteti tələbələrinin təcrübə prosesi nəzarətdə saxlanılır

Naxçıvan Dövlət Universiteti Tarix, İngilis dili müəllimliyi və Bədən tərbiyəsi və idman müəlimliyi ixtisaları üzrə IV kurs tələbələrinin Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə pedoqoji təcrübələri davam edir.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə olan universitetin rektoru Elbrus İsayev təcrübə dərslərnin gedişatı ilə maraqlanıb. Qeyd olunub ki, tələbələrin dərslərdə öyrəndikləri nəzəri bilikləri praktikada tətbiq etmələri baxımından xüsusi əhəmiyyət kəsb edən təcrübə dərslərinə onlar diqqətlə və məsuliyyətlə yanaşmalı həmçinin gələcək pedaqoji fəaliyyətləri üçün lazımi bilikləri toplamalıdırlar. Rektor bildirib ki, təcrübə müddətində məktəbin ictimai işlərində də fəallıq göstərilməli, yeni layihələrlə şagirdlərin dərsə marağının daha da artması təmin edilməlidir. Elbrus İsayev təcrübəçi və metodistlərə müvafiq tapşırıq və məsləhətlərini çatdırıb.

Təcrübə dərslərinin gedişi barədə məlumat verən metodistlər və təcrübə rəhbərləri tələbələrin nizam-intizamla hər gün dərslərdə iştirak etdiklərini və şagirdlərlə yeni metodlarla fəal çalışdıqlarını qeyd ediblər. Diqqətə çatdırılıb ki, 4 metodist, 1 pedaqoq və 1 psixoloqun rəhbərlik etdiyi təcrübə dərslərində 26 tələbə i.tirak edir. Bildirilib ki, təcrübəçilərin pedaqoji-təcrübə jurnalları və müvafiq sənədlər daim nəzarətdə saxlanılır və dərslərin gedişatı barədə müzakirələr təşkil edilir.

Yeni təklif və layihələr irəli sürüldükdən sonra tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, fevral ayının 17-dən başlayan təcrübə dərsləri əvvəlcədən təsdiq olunmuş qrafikə əsasən may ayın 27-ə qədər davam edəcək. Universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə 379 nəfər IV kurs tələbəsi muxtar respublikanın 17 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedoqoji təcrübə keçirlər.

Onu da vurğulayaq ki, pedoqoji təcrübələr üzrə 76, istehsalat təcrübələri üzrə isə 59 metodist təcrübələrə rəhbərlik edir.