Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşasını səhnələşdirib

Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşasını səhnələşdirib

Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş Xeyir və Şər tamaşasını nümayiş etdirib.

Tamaşa 4 şəkilli pyes əsasında 1 pərdədə səhnələşdirilib. Quruluşçu rejissor Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Elmi məsləhətçi və səhnələşdirmə Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, musiqi tərtibatı İncəsənət fakültəsinin I kurs tələbəsi Qorxmaz Qoçəlizadə, səhnə tərtibatçıları isə fakültənin III kurs tələbəsi Sadiq Əliyev və Gəray Məmmədovdur.

Qeyd edək ki, Bəhram şah rolunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs türkiyəli tələbə Emre Erik çıxış edib. Xeyir rolunu “Aktyor sənəti” ixtisası üzrə I kurs tələbəsi Xəlil Hüseynov və Şər rolunu isə həmin ixtisas üzrə I kurs tələbə Nurlan Qafarzadə oynayıb. “Aktyor sənəti” ixtisası üzrə tələbələrin üstünlük təşkil etdiyi tamaşada Rəngkarlıq, Bəstəkarlıq, Musiqi müəllimliyi və Müalicə işi ixtisasının tələbələri də yer alıb.

Sonda universitetin rektoru Elbrus İsayev tamaşanı yüksək qiymətləndirərək uzun zaman sonra Tələbə Teatr Studiyasının uğurlu nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, çox qısa olmasına baxmayaraq dərin məzmunu və xarakterlərin bitkinliyinə görə ibrətamiz hekayə əsasında səhnələşdirilən “Xeyir və Şər” Nizami ilinə verilən verilən bir töhvədir. Rektor tamaşada qardaş ölkədən iştirak edən tələbələrin də fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, universitetdə oxuyan hər bir tələbə mədəni-mühitə inteqrasiya olmalıdır. Rektor tamaşanın səhnələşdirilməsində iştirak edən hər kəsi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.