
Naxçıvan Dövlət Universiteti tələbələrinin üstünlük təşkil etdiyi “Diplomat” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzə ölkə çempionatında finala yüksəlib
Bakı şəhərində dahi şairimiz “Nizami Gəncəvi İli”nə həsr edilmiş gənclər arası “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatı keçirilib. Aprelin 5-dən 8-ə qədər davam edən növbəti çempionat Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil edilib.
Yarışda Naxçıvan Muxtar Respublikasını layiqincə təmsil edən “Diplomat” komandası qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayaraq finala yüksəlib. Mükafatçılar sırasına düşməyi bacaran komandamız həlledici mərhələdə də uğurla çıxış edərək aktivinə 4900 xal yazdırıb.
Çempionatı ikinci sırada tamamlayan “Diplomat” komandası Abşeronun “Golden” komandasından geri qalıb. “Diamond are forever” isə yarışın üçüncüsü olub.
Qeyd edək ki, komandamızı Naxçıvan Dövlət Universitetinin tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov və Naxçıvan Universiteti “İdarəetmə” fakültəsinin dekan müavini Tural Məmmədzadə təmsil ediblər.
Məlumat üçün onu da bildirək ki, “Diplomat” komandası intellektual yarışda hər zaman muxtar respublikanı uğurla təmsil edib.