Naxçıvan Dövlət Universiteti tələbələrinin “Zəfər günü” nə hazırladığı flaşmob yüksək rəğbətlə qarşılanıb
Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk Partiya Təşkilatının təşəbbüsü, Naxçıvan Dövlət Universiteti tələbə təşkilatlarının təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş ”Zəfər” flaşmobu təşkil olunub.
1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda Naxçıvan Dövlət Universitetinin ərazisində “8 Noyabr Zəfər günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib.