Naxçıvan Dövlət Universiteti “Tibb” fakültəsi kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüşüb

Naxçıvan Dövlət Universiteti “Tibb” fakültəsi kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüşüb

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində Naxçıvan şəhər 7№li tam orta məktəbdə olublar. Fakültənin ənənəvi olaraq keçirdiyi “Sağlam ol” layihəsinin davamı olaraq bu tədbir gənclərə sağlam həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan şəhər 7№li tam orta məktəbin direktoru Aygün Hüseynova qonaqları salamlayaraq təşkilatçılara öz minnətdarlığını bildirib. Qeyd edilib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsi həm tələbələr, həm də şagirdlər üçün böyük önəm kəsb edir.

Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, layihənin rəhbəri İlhamə Mustafayeva qeyd edib ki, görüşün məqsədi tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaq üçün onları həvəsləndirmək eyni zamanda hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkdən ibarətdir.

“Sağlam ol” layihəsinin müəllifi, Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif ekstremal şəraitlərdə – təbii fəlakətlər, qəzalar, yanğınlar və.s zamanı ilk tibbi yardım göstərilməsinin vacibliyini vurğulayıb.

“Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, dosent Gültəkin Əliyeva təşkilatçılara minnətdarlıq edərək bu kimi tədbirlərin keçirilməsinin insan sağlamlığı üçün dəyərini vurğulayıb. Gültəkin Əliyeva şagirdlərə kitablar hədiyyə edib.           Sonra “Kliniki ölüm zamanı, təxirəsalınmaz yardım”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Sınıqlar”, “Məktəblinin sağlam qidalanması”, “Uşaqlarda artıq çəki və piylənmə”, “Fiziki aktivlik”, “Uşaqlarda şəkərli diabet” kimi mövzularda tələbələ və rezidentlərin təqdimatı olub.

Leave a Reply

Your email address will not be published.