Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dərslər laborator təcrübələr vasitəsilə daha asan mənimsənilir

Naxçıvan Dövlət Universiteti “Təməl Tibb fənləri” kafedrasında laboartoriya işi keçirilib. “Mikrobiologiya” fənnindən təşkil edilən təcrübəni kafedranın müəllimi Şəfiqə Süleymanova aparıb. “Antibiotiklərə həssaslığın təyini” mövzusunda olan laborator təcrübədə pataloji material qidalı mühitə daxil edilib və onun inkişaf tsikli izlənilib. Sonra üzərinə antibiotiklər hopdurulmuş kağız disklər qoyularaq bir gün termostatda kultivasiya edilib. Sonda əmələ gələn steril zonaların sahəsinə görə həssaslıq müəyyənləşdirilib.