
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllim və tələbələri Türkiyə Universitetlərində təcrübə keçirlər
Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının nüfuzlu universitetləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri qardaş ölkə universitetlərində yay istehsalat təcrübəsinə başlayıblar. Təcrübələrdə ümumilikdə 18 müəllim, 5 rezident və 112 tələbə olmaqla 135 nəfər iştirak iştirak edir. Müalicə işi, Tibbi profilaktika və Stomatologiya ixtisası tələbələrinin üstünlük təşkil etdiyi təcrübədə onlar müəyyən olunmuş xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə, cərrahi əməliyyatlarda iştirak edirlər. Həmçinin, müəllim və tələbələr üçün universitetlərin görkəmli professorları tərəfindən mühazirələr də təşkil olunur.
Qeyd edək ki, ali təhsil ocağının müəllim və tələbələrindən ibarət heyət hər il ənənəvi qaydada təşkil edilən təcrübələrə müvafiq olaraq olaraq cari ildə Türkiyənin Qazi, Ankara, Kayseri Ərciyes, Ərzurum Atatürk və Trabzon Qaradəniz Texniki Universitetlərinin klinikalarında təcrübə keçəcəklər.