Naxçıvan Dövlət Universiteti “Tibb fakültəsi”nin ümumtəhsil məktəblərində “Sağlam ol” layihəsi davam edir
Universitetin Tibb fakültəsinin həkim, rezident və tələbələrin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin kollektivi ilə “Sağlam ol“ layihəsi çərçivəsində görüşləri davam edir. Şahbuz şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə ilk olaraq məktəbin müəllim və şagirdləri ilə görüş olub. Görüşdə məktəbin direktoru Şahbaz Məhərrəmov qonaqları salamlayaraq təşkilatçılara öz minnətdarlığını bildirib. Belə
Tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxış edərək layihənin məqsədi haqqında məlumat verib. Qeyd edib ki, görüşün əhəmiyyəti tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaq üçün onları həvəsləndirmək eyni zamanda hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkən ibarətdir. Elsevər Əsədov eyni zamanda ali təhsil ocağının imkanları və fakültədə yaradılan müasir tədris şəraiti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırılıb ki, müasir standartlara cavab verən və ən son texnologiyalarla təmin olunan fakültədə kabinə və laboratoriyalar, auditoriyalar var. Qeyd edilib ki, Tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərirlər.
Sonra fakültənin həkimləri məktəb kollektivinə ixtisaslar barədə məlumatlar verib və maarifləndirici söhbətlər aparıblar.
Daha sonra fakültənin müəllimləri- ginekoloq Gültəkin Əliyeva, cərrah Cəbi İsmayılov, pediatr Mətləb İbrahimov, bioloq Mürsəl Seyidov, reanimatoloq Bəxtiyar Hüseyov “İnsan anatomiyası” və “Biologiya” fənnlərindən nümunəvi dərslər keçiblər.
“Ümumi təbabət və kliniki fənlər” kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov “İlk tibbi yardım” simulyaları haqqında çıxış edərək həyati təhlükənin aradan qaldırılması üçün olduqca vacib olan ilkin tibbi yardımın əhəmiyyətindən danışıb. Tibb fakültəsinin tanıtım videoçarxı izlənilib. Sonra “İlk tibbi yardım” simulyasiyasının və tələbələrin çıxışlarının təqdimatı olub. Tədbirdə Suada Vahabova “Kliniki ölüm”, Həqiqət Ələsgərli “Qanaxmalar”, Şəbnəm Salmanova “Sınıqlar”, Aytac Əliyeva “Torpaq altında qalma” mövzuları ətrafında slayd və səhnəciklərlə çıxış ediblər. Qeyd edək ki, çıxışlar şagirdlər tərəfindən maraqla qarşılanıb və onlar şəhnəciklərdə iştirak ediblər.
Tədbirdə həmçinin “Sağlam gülüş” adı ilə “dişlərin sağlamlığı və gigiyenası” və “Zərərli qidalar” mövzusunda çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.
Sonda fakültənin həkim və rezidentlərinin iştirakı ilə ginekoloji, oftalmaloji, pediatrik, stomatoloji, kardioloji və ümumi terapevtik müayinələr həyata keçirilib.