Naxçıvan Dövlət Universiteti və Van Yüzüncü İl Universitetinin birgə təşkilatçılığı ilə NDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq, ölkələrimiz arasında olan qardaşlıq münasibətlərindən, Türkiyə universitetləri ilə yaradılan beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb. Rektor universitetdə qardaş ölkənin professor-müəllim heyətinin müxtəlif fakültələr üzrə keçdikləri dərslər barədə məlumat verib.

Van Yüzüncü il Universitetinin rektoru Hamdullah Şevli hər iki universitet arasında birgə əməkdaşlığa dair imzalanan protokolu diqqətə çəkib.

NDU-nun ️İncəsənət fakültəsində keçirilən tədbirdən öncə Seyhan Mercan Kalaycının 25 rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.

Tədbirə Van Yüzüncü İl Universitetinin müəllim və tələbələrindən ibarət musiqi qrupu da qatılıb.