Naxçıvan Dövlət Universitetinin tələbəsi “İlin gənc rəssamı” seçilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təşkil olunan mükafatlandırma mərasimində muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənənlər mükafatlandırılıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi Fərqanə Seyidova isə “İlin gənc rəssamı” nominasiyası üzrə təltif olunub.
Qeyd edək ki, ötən həftə “Qarabağ Azərbaycandır” rəsm müsabiqəsində II yeri qazanan Fərqanə Naxçıvan Muxtar Respublikası Gənc rəssamlar birliyinin və Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Gənc rəssamlar klubunun üzvüdür. Fərqanə Seyidova universitetdə keçirilən bütün sərgilərdə iştirak edir və uğurları ilə hər zaman seçilir. Müxtəlif adda fəxri fərman və diplomlara layiq görülən tələbəmizə yeni yaradıcılıq uğurları arzulayırıq.
