
Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələr arasında “Azərbaycanı tanıyaq” adlı bilik yarışı keçirilib
Naxçıvan Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışı zamanı qeyd edib ki, baş tutan müsabiqə Azərbaycan dilini, tarixini, mədəniyyətini, coğrafiyasını tarixi abidələrini əcnəbi tələbələrə tanıtmaq məqsədi daşıyır.
Universitetin xarici tələbələrlə iş üzrə dekanı Ceyran Quliyeva çıxış edərək tələbələrə uğurlar arzulayıb.
Sonra qaydalar haqqında iştirakçılar məlumatlandırılıb.
Qeyd edək ki, yarışlar 3 mərhələ üzrə davam edib. I və II mərhələdə hazırlıq kursu tələbələrindən ibarət 6 komanda olmaqla ümumilikdə 12 komandanın iştirak etdiyi müsabiqənin final mərhələsində 6 komanda iştirak etmək üçün vəsiqə qazanıb.
“Qarabağ” komandası müsabiqədə ən yüksək nəticəni göstərərək yarışın qalibi olub.
“Xarı bülbül” komandası II, “Dəmir yumruq” komandası isə III yerdə qəraralaşıb.
Sonda qalib komandalara diplomlar təqdim olunub.