Naxçıvan Dövlət Universitetində “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi keçirilir

Naxçıvan Dövlət Universitetində “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi keçirilir

Ali təhsil ocağının tələbələri Gənclər mərkəzində “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi çərçivəsində fakültələrarası “Xəmsə” milli intelektual oyununda iştirak ediblər. Oyunun mahiyyəti haqqında məlumat verən Tələbə Gənclər təşkilatının sədri, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov bu kimi tədbir və oyunların gənclərin intelektual düşüncələrinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, belə müsabiqələrin keçirilməsi gənclərin elmi biliklərinin artırılması və onların asudə vaxtlarının səmərəli keçirməsi baxımından əhəmiyyətlidir.

Yarışın sonunda “İqtisadiyyat və idarəetmə” fakültəsi qalib olub. “Beynəlxalq münasibətlər və hüquq” fakültəsi II, “Tarix –filologiya” fakültələri isə III yerə çıxıb.

Qeyd edək ki, intellektual oyundan əlavə “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsi çərçivəsində “Fakültənin tanıtımı”, “Universitetimiz tələbənin gözündə” fotomüsabiqəsi və “ Bizim fakültəmiz” esse yazı müsabiqəsi keçiriləcək. Sonda yarışın nəticələrinə görə ən yaxşı fakültə gənclər təşkilatı müəyyən ediləcək.