Naxçıvan Dövlət Universitetində “12 Noyabr – Konstitusiya Günü”nə həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “12 Noyabr – Konstitusiya Günü”nə həsr olunan tədbir keçirilib

Ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Vurğulanıb ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaradıb. Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Noyabrın 12-də Konstitusiya qəbul edilən gün respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər  keçirildiyini deyən rektor, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-sinin Konstitusiya Günü kimi qeyd edilməyə başlandığını diqqətə çatdırıb.

          “Milli Konstitusiyamız siyasi-ideoloji və hüquqi tərbiyə müstəvisində” mövzusunda çıxış edən Hüquq fənləri kafedrasının müəllimi, dosent Elman Cəfərli qeyd edib ki,  cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti və uzaqgörənliyi sayəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəlib, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib. Elman Cəfərli vurğulayıb ki,  Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.

          Sonra Hüquqşünalıq ixtisası üzrə II kurs tələbəsi Toğrul Bəylərovun “Azərbaycan Respublikasının Konstitusiyası və gənclər siyasəti” mövzusunda çıxışı dinlənilib. Vurğulanıb ki, Ulu Öndər tərəfindən başladılan “Gənclər siyasəti” Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə 2007-ci ilin “Gənclər ili” elan olunmağı bunun bariz nümunəsi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.