Naxçıvan Dövlət Universitetində  21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində  21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib

Tədbirdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev çıxış edərək 21 fevral- Beynəlxalq Ana dili gününün tarixindən söz açıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bugün Naxçıvanda dövlət dilimizin qorunub, yaşadılmasına xüsusi diqqət yetirilir. Məlumat verilib ki, Beynəlxalq Ana dili günü YUNESKO-nun  1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sesiyasinda təsis edilib və 2000- ci il fevralın 21- dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə ilə qeyd edilir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “ Azərbaycan dili ədəbi dilin nümünəsi kimi” adlı çıxışında bildirib ki, əsası ümümmilli lider tərəfindən qoyulmuş dil siyasətinin bügün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, zəngin və çoxşaxəli yaradıcılığı boyu türk dünyasının tarixi şəxsiyyətlərin, şair və yazıçılarının əsərlərində mövzü-ideya, forma-məzmun cəhətdən dil zənginliyi baxımından uğurlu addımlar olub. Xanəli Kərimli çıxışında görkəmli şairlərin  şeirlərini də səsləndirdi.

“Ana dilimiz milli kimliyimizdir” adlı çıxışında filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova çıxışında qeyd edib ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millət olaraq təsdiqidir. Bildirilib ki, dilin dövlət dili statusu qazanması həqiqətən qürür gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.

Sonda tələbələrin bədii qiraəti olub.

Leave a Reply

Your email address will not be published.