Naxçıvan Dövlət Universitetində 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunan tədbir keçirilib

Tədbirdən öncə “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi mayor Nazim Həsənov raport verib.

Sonra torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını  Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsindən söz açıb. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vurğulanıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal altında olan ərazilərimizi düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü onların gücü, əzmkarlığı, şücaəti sayəsində bərpa olunub.

Pedaqoi fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev fakütədə yaradılan şəraitdən, görülən işlərdən danışıb. Qeyd edilib ki, öz yenilikləri ilə hər zaman öndə olan fakültədə sıra təlimi üçün açıq meydançada təlim meydançası, bütün standartlara cavab verən “Atıcılıq otağı”, “Hərbi topoqrafiya” fənninin hərbi hissədə tədrisi görülən işlərin əyani sübutudur.  Vəli Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı təbriklərini çatdırıb.

“Azərbaycan Silahlı Qüvvələri: Keçmişdən günümüzə” mövzusunda çıxış edən “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müəllimi Pərviz Allahverdiyev qeyd edib ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.

Vətən müharibəsi işirakçısı, “Məşqçilik ixtisası üzrə qiyabi şöbənin II kurs tələbəsi Fəxri Qazıbəyov Silahlı Qüvvələrin yaranması ilə əlaqədar iştirakçıları təbrik edib. Məlumat üçün bildirək ki, Fəxri Qazıbəyov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edib. Azərbaycan Respublikasının prezidentini sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə “ Vətən müharibəsi” iştirakçısı medalı və Azərbaycan Respublikasının Müdafiə Nazirinin sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif olunub.

Sonra Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin hazırladığı musiqi nömrələri dinlənilib, pedaqoji fakültənin tələbələrinin hazırladığı hərbi idman oyunları izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra bir qrup tələbələr idmanda qazandığı uğurlara görə təşəkkürnamə ilə təltif olunub.

Sonda Fiziki tərbiyə və Çağırışaqədərki Hazırlıq Müəllimliyi ixtisasının müəllim tələbələrinin Hərbi paradına baxış olub.

Leave a Reply

Your email address will not be published.