Naxçıvan Dövlət Universitetində  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub  Naxçıvan Dövlət Universitetində  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Naxçıvan Dövlət Universitetində  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub Naxçıvan Dövlət Universitetində  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Ali təhsil ocağının İncəsənət fakültəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tələbələrin bədii qiraəti, “Tələbə Teatr Studiyası” nın hazırladığı pantamim səhnəciyi, Orkestr alətləri kafedrasında yeni yaradılmış “Belkanto” vokal qrupunun ifası, Şaxta baba və Qar qızın gəlişi tədbirə xoş ovqat bəxş edib. Musiqi Kollecinin tələbələrinin ifasında rəqs nümayiş olunduqdan sonra bayram münasibətilə ali təhsil ocağının Təsviri incəsənət kafedrası və Musiqi kollecinin birgə təşkil etdiyi vətənpərvərlik və yeni il mövzusunda ümumilikdə 70 rəsm əsəri və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub.

Fakültənin akt zalında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci ilin 16 dekabr tarixində xalqımızın ulu öndəri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Diqqətə çatdırılıb ki, Ulu Öndərin dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümümbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edib. Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib deyən rektor 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin ordumuzun gücü, xalqımızın mübarizliyi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Elbrus İsayev 2022-ci ildə ölkəmizin və universitetin əldə etdiyi uğurların, nailiyyətlərin 2023-cü ildə də davamlı olacağını qeyd edərək, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərkəsi təbrik edib.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “Dünya azərbaycanlılarının həmrəyliyinin əsasında Heydər Əliyevin ideyaları durur” mövzusunda çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, müstəqilliyin qazanılması üçün ilk öncə həmrəylik və ideologiya  olmalıdır. “Həmrəylik varsa müstəqillik, müstəqillik varsa ideologiya var” deyən Arzu Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Naxçıvanda qəbul etdiyi tarixi qərarlar, fərman və sərəncamların müsir Azərbaycanın təməl daşını və birliyini, milli ideologiyasını yaratdığını vurğulayıb.

Tədbirin bədii hissəsində universitetin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiətilə klassik bəstəkarlarımızdan Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, “Leylam”, Cavanşir Quliyevin “Bura vətəndir”, Tofiq Quliyevin “Naxçıvan”, Emin Sabitoğlunun “Sən bağışladın”, “İncə bellim”, “Gözəldir”, Oqtay Kazıminin “Qaytar eşqimi”, “Çal-çal” və digər mahnıları səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.