Naxçıvan Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman günü qeyd olunub

Naxçıvan  Dövlət Universitetinin Magistratura mərkəzində 5 Mart – Azərbaycanda Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü” kimi təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən indi hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və İdman günü kimi qeyd olunur. Bildirib ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 30 ildə qazandığı yüksək nəticələrinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.  Rektor keçirilən idman yarışları,  tələbələr arasında seçmə yarışlar, ali təhsil ocağının idman sahəsində qazandığı uğurlardan söz açıb və tələbələri idman sahəsində aktiv olmağa səsləyib. İdman sahəsinə göstərilən dövlət qayğısından söhbət açan rektor universitetdə keçirilən müxtəlif növlü idman yarışlarından danışıb. Bildirilib ki, universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında İdman klubunun rolu çox böyükdür. Burada tələbələr mütəmadi idmanla məşğul olur, peşəkar müəllimlər tərəfindən dərs alırlar. Elbrus İsayev əlamətdar gün münasibətilə idmanla məşğul hər kəsi təbrik edib.

“Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, İdman klubunun sədri Məmmədəli Rəhimov universitetdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, hər il universitetdə 70-80 nəfər Bədən tərbiyəsi müəllimi və məşqçi kadrlar yetişdirilir. Diqqətə çatdırılıb ki, Bədən tərbiyəsi və idman ixtisası fəaliyyətə başlayandan bəri 1000-dən artıq bədən tərbiyəsi mütəxəssisi hazırlanaraq istehsalata göndərilib.

Texnologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi, stolüstü tennis üzrə  üzrə muxtar respublika ikincisi olan Lalə Musayeva “Universitetdə idmançı tələbələrin naliyyətləri” mövzusunda çıxış edib.

Sonra basketbol, badminton, peyntbol, oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika çempionatında, I kurslar arasında basketbol, minifutbol, şahmat, oğlanlar və qızlar arasında voleybol idman növləri üzrə keçirilən seçmə yarışlarda qalib olan komandalar diplomla təltif olunublar.

  Sonda I kurslar arasında keçirilən seçmə yarışlarda fərqlənən tələbələr,  il ərzində keçirilən yarışlar üzrə seçilən fakültələrə diplomlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published.