Naxçıvan Dövlət Universitetində Abdulla Həsənovun “Nəzəri mexanika” adlı dərsliyinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Abdulla Həsənovun “Nəzəri mexanika” adlı dərsliyinin təqdimatı olub

Ali təhsil müəssisəsinin elmi kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, yaxın zamanlarda nəşr olunan dərslik tələbələrin istifadəsi üçün çox faydalı olacaq. Bildirilib ki, universitetimizin professor müəllim heyyətinin müəllifi olduğu kitabların nəşr olunması müsbət haldır və gələcəkdə tələbələr istənilən məlumatı bu kitablar vasitəsilə daha asan şəkildə əldə edə bilərlər. Prorektor həmçinin kitabda çox dəyərli məlumatların olduğunu diqqətə çatdırıb və tələbələrə kitabı oxumağı tövsiyyə edib.

          Ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov kitabın strukturu haqqında məlumat verib. Bildirilib ki, kitab 5 fəsildən ibarətdir və  bunlar “Giriş”, “Statika”, “Kinematika”, “Nöqtə dinamikası”, “Mexaniki sistem və bərk cisim dinamikası” adlı fəsillərdir. Vurğulanıb ki, tələbələr dərslikdən gələcəkdəki elmi fəaliyətlərində də istifadə edə bilərlər.

          “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov çıxışında kitabın tədris üçün dəyərli bir status aldığını bildirib. Diqqətə çatdırılıb ki, dərslik vasitəsilə  tələbələr bilik və bacarıqlarını artıra bilər, həmçinin müəllimlərdə tədris zamanı dərslikdən yararlana bilərlər.

          Dərsliyin elmi redaktorlarından olan universitetinin professoru, riyaziyyat üzrə elmlər doktoru Cavanşir Zeynalov dərslik haqqında ümumi məlumat verib və müəllifə gələcəkdəki elmi fəaliyyətində uğurlar arzulayıb.

          Sonda kitabın müəllifi “Ümumi riyaziyyat” kafedrasını müdiri dosent, Abdulla Həsənov təqdim olunan dərsliyin Naxçıvan Dövlət Universitetinin Fizika və riyaziyyat, Memarlıq və mühəndislik fakültələrində  uzun illər tədris olunan mühazirələr əsasında, dövlət standartlarına uyğun fənn proqramı üzrə, müasir tələblərə cavab verəcək səviyyədə hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, bu dərslik klassik mexanikanın əsaslarını öyrənən ali məktəblərin müvafiq ixtisaslı tələbələri və müəllimləri üçün də faydalı ola bilər.

Leave a Reply

Your email address will not be published.