Naxçıvan Dövlət Universitetində alman dilində ilk dəfə olaraq “Alman dilinin müxtəsər qrammatikası” adlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində alman dilində ilk dəfə olaraq “Alman dilinin müxtəsər qrammatikası” adlı dərs vəsaitinin təqdimatı olub

Ali təhsil ocağının Elmi kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan universitetin Elmi katibi, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov mütəmadi olaraq keçirilən kitab təqdimatlarının ənənəvi hal haldığını qeyd edib. Bildirilib ki, alman dilində ilk dəfə olaraq universitetin Roman-german dilləri kafedrasının müəllimi Lamiyə Əliyevanın müəllifi olduğu “Alman dilinin müxtəsər qrammatikası” adlı dərs vəsatində bu dilin ən mühüm qaydaları əks olunur.

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli xarici dil üzrə yeni nəşrlərin çap olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, yeni nəşlərin oxunaqlı və stolüstü olmağı üçün həmin kitab sadə anlaşıqlı dildə yazlmalıdır. Bu mənada Lamiyə Əliyevanın müəllifi olduğu kitab alman dilini öyrənmək istəyənlər üçün önəmli vəsaitdir- deyə dekan vurğulayıb.

Roman-german dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əsgərova diqqətə çatdırıb ki, gənc müəllimin yüksək səyi nəticəsində ərsəyə gələn kitab tələbələr eyni zamanda orta məktəbdə dərs deyən müəllimlər, abituriyentlər və bu dili öyrənmək istəyənlər üçün mühüm vəsaitdir. Məlumat verilib ki, müəllif dərs vəsitində alman dilinin müxtəsər qrammatikası qaydalarını konkret olaraq oxuculara çatdırıb. Bildirilib ki, alman dilinin fonetikasına aid bəzi xüsusiyyətlərin qeyd olunduğu vəsaitdə həmçinin ismin hallanması, bağlayıcılar, zərfliklər, isim-feil birləşmələri, sözönlü feillər və bir sıra mövzuların izahı verilib.

Roman-german dilləri kafedrasının müəllimi İradə Cəfərova alman dilini öyrənmək istəyənlərin başlanğıc üçün istifadə edə biləcəyi kitab barəsində fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, yeni vəsaitdə məsdər qrupları artiklın hallanması, cümlə üzvləri, məchul növ, “zu” tələb edən məsdərlər haqqında geniş izahlar verilib.

Roman-german dilləri kafedrasının baş müəllimi Kövsər Abbasova, Roman-german dilləri kafedrasının müəllimi Günel Məmmədova Lamiyə Əliyevanın uzun müddətdir üzərində işlədiyi dərs vəsaitinin bu sahədə yeni başlanğıclara vəsilə olacağını qeyd edərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər.

Sonra çıxış edənlər müəllifi haqqında xoş fikirlər səslənmdirib və təbrik ediblər.

Sonda müəllif göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.