Naxçıvan Dövlət Universitetində Almaniyanın “Richard Volf” şirkətinin nümayəndələrinin və bir sıra tanınmış cərrahlarının iştirakı ilə konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində Almaniyanın “Richard Volf” şirkətinin nümayəndələrinin və bir sıra tanınmış cərrahlarının iştirakı ilə konfrans keçirilib

Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin xətti ilə Almaniyanın “Richard Volf” şirkətinin nümayəndələri və ölkənin bir sıra tanınmış cərrahları muxtar respublikamıza səfər ediblər. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə yaxından tanış olan qonaqlar ali təhsil ocağının xəstəxanasında olublar.

Universitetdə keçirilən görüşdə əvvəlcə şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev müasir təlim-tədris imkanlarından danışıb. Bildirilib ki, ölkəmizin bir çox ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsində də tələbələrin savadlı, hərtərəfli yetişməsi üçün hər bir şərait mövcuddur. Belə ki, Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı ilə tibb fakültəsində yaradılan müasir texnologiyaların, zəngin laboratoriyaların və ən son tibbi avadanlıqların mövcudluğu, burda keçirilən nəzəri biliklərin təcrübədə tətbiqi, tələbələrimizin tanınmış cərrahlarla görüşməsi, ustad dərslərin təşkili onların gələcəkdə savadlı kadr kimi formalaşmasına hərtərəfli şərait yaradır. Nəticədə universitetin tibb fakültəsi üzrə məzun olan tələbələr tibb sahəsində fəal iştirak edərək ölkənin, eləcə də muxtar respublikanın səhiyyə sisteminə öz layiqli töhfələrini verirlər.

Rektor vurğulayıb ki, fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və hər il müəllim-tələbə heyəti həmin universitetlərdə təcrübə keçmək imkanı əldə edirlər. Bu görüşün təşkil edilməsində də əsas məqsəd tələbələrimizin dünya təcrübəsində öz sözünü demiş cərrahlarımızdan zəngin bilik qazanması, onların bu sahədə dünyagörüşlərinin formalaşmasıdır.

  I Beynəlxalq Tibbi Forumun əhəmiyyətindən danışan rektor qeyd edib ki, ötən dövr ərzində muxtar respublikada həyata keçirilən forum regionda tibbi kadrların formalaşmasında mühüm əhəmiyyətə malikdir. Qeyd edilib ki,   I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə nüfuzlu universitetlər arasında əməkdaşlığın əsası qoyuldu. Rektor muxtar respublikanın tibb tarixi üçün də öz əhəmiyyətliliyi ilə yadda qalan forumun Naxçıvan səhiyyəsi üçün gələcək perspektivlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək diqqətə çatdırıb ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün Naxçıvan Dövlət Universitetinin tibb sahəsində yaradılan hərtərəfli şərait adıçəkilən uğurlu layihələrin davamıdır. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən iki böyük ali təhsil ocağı tibb sahəsi üzrə peşəkar kadr formalaşdırır. Bu həm respublikamızda tibbin inkişafına təkan verir, həm də regionda bu sahəyə olan kadr ehtiyacının təmin olunmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün dünyanın bir çox ölkələrində bizim savadlı, bilikli həkimlərimiz, professorlarımız uğurlu fəaliyyət göstərir və dünya tibb elminə mühüm töhfələr verirlər.

          Tədbirdə Əməkdar elm xadimi, professor Qalib Qarayev çıxış edərək bildirib ki, hazırda respublikamızda tibb təhsili sahəsində gedən uğurlu inkişaf danılmaz bir həqiqətdir. Qeyd edilib ki, uzun illər bu qədim tibb ocağı yalnız təcrübi tibb kadrları deyil, həmçinin yüzlərlə alimlər, ixtiraçılar, tibbi pedaqoqlar, professor və akademiklər hazırlayıb. Zəngin elmi və təcrübi biliyə, savada, güclü potensiala malik olan, Naxçıvan Dövlət Universitetinin vaxtı ilə hazırladığı bu kadrlar indi yeni böyük tələbə ordusuna tibb təhsili verir və müasir tibbi kadrların hazırlanması yolunda böyük xidmətlər göstərirlər. 

          Tədbirdə tibb elmləri doktoru, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri Müşviq Həsənov, Almaniyanın “Richard Volf” şirkətinin regional müdiri Stefan Baum, Bakı Sağlamlıq Mərkəzi Reproduktiv Mərkəzinin rəhbəri Öndər Tulumbacı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin baş katibi Aqil Ağakişiyev, İnvaziv radioloq İlyas Həsənov çıxış edərək Tibb fakültəsi tələbələrinə  müxtəliv mövzular barədə dərslər keçiblər.

Leave a Reply

Your email address will not be published.