Naxçıvan Dövlət Universitetində “Antibiotiklər və bakteriofaqlar” mövzusunda vebinar keçirilib

“Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Zahir Ələsgərovun iştirakı ilə “Antibiotiklər və bakteriofaqlar” mövzusunda vebinar keçirilib. Fakültənin dekanı Bəhruz Məmmədov dərslərin nəzəri və təcrübi biliklərinin artırılmasında belə görüşlərin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Zahir Ələsgərov Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu ifadə edib. Diqqətə çatdırılıb ki, antibiotiklər və bakteriofaqlar təbii və yarımsintetik olan, canlı hüceyrələrin artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəyli maddədir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Bildirilib ki, ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir. Qeyd edilib ki, ilk antibiotik penisilin 1929-cu ildə Aleksandr Fleminq tərəfindən kəşf edilib. Bir çox bakteriyaların, eləcə də aktinomisetlərin və göy-yaşıl yosunların xüsusi bakteriofaqları tapılıb. Diqqətə çatdırılıb ki, bakteriofaqlara insan və heyvan bağırsağında, bitkidə, torpaqda, suda və bir çox yerlərdə rast gəlinir.

Diskusiya şəklində davam edən vebinarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.