Naxcıvan Dövlət Universitetində Azərbaycan incəsənət tarixindən bəhs edən ingilisdilli dərs vəsaitinin təqdimatı olub

Naxcıvan Dövlət Universitetində Azərbaycan incəsənət tarixindən bəhs edən ingilisdilli dərs vəsaitinin təqdimatı olub

Ali təhsil müəssisəsinin Xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Elmi katibi Orxan Cəfərov müxtəlif ixtisaslarla bağlı ingilisdilli kitabların çap olunmasının tələbələrin xarici dil biliklərini inkişaf etdirmək yolunda faydalı olduğunu diqqətə çatdırıb. Xarici dilin tədrisində istifadə olunan kitabların sayının artmasını məqsədəuyğun hesab edən Elmi katib, Nahidə Heydərova və Sənəm Paşayevanın müəllifi olduğu “English for art faculty” adlı kitabı İncəsənət fakültəsi tələbələri üçün də qiymətli töhvə kimi dəyərləndirib.

     Fakultənin dekanı, filologiya üzrə fəlsəfə üzrə doktoru, dosent Şirməmməd Qulubəyli dərsliklərin xarici dildə nəşr olunmasının vacibliyini vurğulayıb, həmçinin təqdimatı keçirilən kitabla bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırılıb ki, vəsaitdə görkəmli xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələri haqqında ingilis dilində geniş məlumat öz əksini tapır.

          Kitabın teatr sahəsində təhsil alan tələbələr üçün də faydalı olacağını vurğulayan İngilis dili və metodika kafedrasının müəllimi Cavid Babayev  qeyd edib ki, musiqinin orjinal mənbəyi nəsildən nəsilə keçərək bu günümüzə gəlib çıxıb. Cavid Babayev təqdimatı keçirilən kitabın tələbələrin öz sahəsində səriştəli mütəxəssis olmasına və gələcəkdə uğurlu karyera qurmalarına kömək edəcəyini vurğulayıb.

          Sonda müəlliflər çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Leave a Reply

Your email address will not be published.