Naxçıvan Dövlət Universitetində  “Bayraq mənliyimdir, bayraq kimliyim!”  mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Bayraq mənliyimdir, bayraq kimliyim!” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin auditoriya zalında “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ilk öncə tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını qarşıdan gələn Bayraq Günü münasibətilə təbrik edib. Bu tədbirin keçirilməsinin əhəmiyyətindən danışan rektor bildirib ki, bayraq bizim ən dəyərli atributlarımızdandır. Vurğulanılıb ki,100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır. Qeyd edilib ki, Ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi bu gün əldə olunan qələbələrdə mühüm rol oynayır. Universitetin rektoru tədbir iştirakçılarının diqqətinə onu da çatdırıb ki, artıq 1 aydan çoxdur gedən döyüşlərdə əldə etdiyimiz uğurlar nəticəsində işğaldan azad edilən torpaqlarımızda üç rəngli bayrağımız sancılır.

Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova çıxışında bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra  həmin  il 9 noyabr tarixində bayraq ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Vurğulanıb ki, bayrağımız 1991-ci il 5 fevral tarixində həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il Dövlət Bayrağı Günü qeyd olunur.

Sonda tələbələrin qiraətində bayraq mövzusunda olan şeirlər dinlənilib.