Naxçıvan Dövlət Universitetində Beynəlxalq Jurnalistikada xəbərçilik mövzusunda vebinar keçirilib

Tədbiri giriş sözü ilə açan Jurnalistika və xarici ölkələr ədəbiyyatı kаfеdrаsının müdiri, filоlоgiyа üzrə fəlsəfə doktoru, dоsеnt Şəhla Şirəliyeva universitetin jurnalist məzunlarından olan Kazım Kazımov haqqında məlumat verib. Bildirilib ki, o hal-hazırda Türkiyə Respublikasının Milli Media qrupunun Xarici siyasət departamentinin redaktoru vəzifəsində fəaliyyət göstərir.

Beynəlxalq jurnalistika və xəbərçilik haqqında məlumat verən Kazım Kazmov qeyd edib ki, internet, media, peyk yayım sistemi, başqa texnoloji yeniliklər dünyanın bütün nöqtələrini əlçatan edib. Dünyanın ən ucqar nöqtəsində baş verən hadisə bir an içində bütün bölgələrdə və qitələrdə yaşayan əhaliyə çatdırılır. Diqqətə çatdırılıb ki, universallaşma günü-gündən sürətlənir, bir çox ideyalar ümumbəşəri xarakter alır.

Vebinarda dünyada baş verən müharibələr zamanı jurnalistlərin təhlükəsizliyinin təmin olunması, beynəlxalq dərəcəli jurnalist olmaq üçün qoyulan tələblər, ekstremal şəraitdə və fövqəladə vəziyyətdə hazırlanan xəbərlərin doğruluq prinsipinə əməl olunma qaydaları  və digər suallar ətraflı cavablandırılıb.