Naxçıvan Dövlət Universitetində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilən ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilən ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib

Ali təhsil müəssisəsinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində baş tutan tədbirdə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov  dövlət orqanlarına hamiliyə verilən ixtisasların önəmindən söz açıb. Prorektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilən vəzifələrin icrası, hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki,  universitetdə 76 bakalavr dərəcəsi üzrə kadr hazırlığı həyata keçirilir ki, bunlardan 40-dan artıq ixtisas müxtəlif dövlət müəssisələrinin hamiliyinə verilib. Qeyd edilib ki, bu gün savadlı kadrların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın nəticəsidir.

          Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyev tələbələrlə mütəmadi olaraq keçirilən görüşlərin, baş tutan təlimlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, hamilik tədbirləri çərçivəsində il ərzində xidmətin əməkdaşları tərəfindən tələbələrə mühazirələrin oxunması, onların müxtəlif məşğələlərə cəlb edilməsi, daim diqqət mərkəzində saxlanılıb.  Bütün bunların nəticəsidir ki, universitetdən məzun olan tələbələrin bir çoxu Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində işlə təmin olunub.

          Sonra Hüquqi ekspertiza və daşınmaz əmlakın dövlət reyestiri sektorunun müdiri Hikmət Orucov ArcGIS proqramı vasitəsilə müxtəlif məzmunlu və təyinatlı xəritələrin hazırlanması bağlı açıq dərs keçib.

          Sonda xidmətdə könüllü fəaliyyətinə görə fərqlənən tələbələrə plaket təqdim edilib.

Leave a Reply

Your email address will not be published.