Naxçıvan Dövlət Universitetində “Dini-mənəvi dəyərlərin gənclər arasında təbliği” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Dini-mənəvi dəyərlərin gənclər arasında təbliği” adlı tədbir keçirilib

Tədbirdə çıxış edən universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov dini-mənəvi dəyərlər nədir, onun təbliği necə aparılmalıdır, ənənəvi din və qeyri-ənənəvi din haqqında məlumat verib. Tədbirin əhəmiyyətindən bəhs edən prorektor  gənclərin bu mövzuda məlumatlı olmasının vacibliyini vurğulayıb.

Rus və şərq dilləri kafedrasının müdiri Ceyhun Əliyev “Dini-mənəvi dəyərlərin təbliği metodologiyası” mövsuzunda çıxış edərək qeyd edib ki, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində keçirilən tədbirlərin hər biri gənclərin zərərli düşüncələrdən uzaq durması üçündür.

“Dini dəyərlərin qorunması” adlı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sektor müdiri Müseyib Əlizadə sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, gənclərimizin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, yad əqidələrin təsiri altına düşməməsi üçün oxuyub maariflənmək ən yaxşı yoldur.

Elmi kitabxananın direktoru Fariz Əhmədov “Dini savadsızlığın doğurduğu fəsadlar” mövzusunda çıxış edərək gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.