Naxçıvan Dövlət Universitetində Dövlət Müstəqilliyi Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Dövlət Müstəqilliyi Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 18 oktyabr müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub. Sərgidə 30-ya yaxın rəsm əsəri nümayiş olunub. Fakültənin akt zalında davam edən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixə qısa nəzər salıb. Bildirib ki, ölkənin müstəqilliyi hər bir vətəndaşdan və onun müstəqilliyindən başlayır. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxt xalqdır. Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor Ulu öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdırıb. Rektor Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər Ordumuzun qazandıqları qələbələrin hər bir azərbaycanlıya çox böyük sevinc bəxş etdiyini qeyd edib. Vurğulanıb ki, qazanılan hər qələbənin təməlində Ali Baş Komandanın sarsılmaz qətiyyəti və Azərbaycan Ordusunun igidliyi və qorxmazlığı durur. Rektor ölkənin müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.

“Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbir Tələbə Teatr Studiyası tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Tələbələrin vətənpərvərliklə bağlı bədii qiraəti və musiqi nömrələri tədbiri daha yaddaqalan edib.