Naxçıvan Dövlət Universitetində Dövlət Proqramına uyğun olarq SABAH qrupları layihəsi çərçivəsində tələbələrlıə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Dövlət Proqramına uyğun olarq SABAH qrupları layihəsi çərçivəsində tələbələrlıə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində keçirilən görüşdə SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev qeyd edib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin SABAH qrupları eksperimental layihəsi 2014-cü ildən fəaliyyətini uğurla davam etdirir. Bildirilib ki, Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Layihənin əsas məqsədi Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsidir.

Sonda tələbələrin sualları cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.