Naxçıvan Dövlət Universitetində Dövlət Proqramına uyğun olarq SABAH qrupları layihəsi uğurla həyata keçirilir

Naxçıvan Dövlət Universitetində Dövlət Proqramına uyğun olarq SABAH qrupları layihəsi uğurla həyata keçirilir

Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, bugünkü görüşdən duyduğu məmnunluq hissini ifadə edib. Prorektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını əsasən Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqların gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi məsələlərini diqqətə çatdırıb. Prorektor qeyd edib ki, bugünkü tədbir Sərəncəmın icrası istiqamətində həyata keçirilir.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev qeyd edib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin SABAH qrupları eksperimental layihəsi 2014-cü ildən fəaliyyətini uğurla davam etdirir. Bildirilib ki, Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Layihənin əsas məqsədi Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsidir.

Sonda fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published.