Naxçıvan Dövlət Universitetində “Dünya qəfil işıqlansa” tamaşası nümayiş etdirilib

Universitetin İncəsənət fakültəsində Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında “Dünya qəfil işıqlansa” tamaşası ali təhsil ocağının “Aktyor sənəti” ixtisası üzrə III tələbələrinin iştirakı ilə baş tutub.

Tamaşada sevilən şair Ramiz Rövşənin “Yağış yuyur gün qurudur”, “Yenə bu şəhərdə üz-üzə gəldik”, “Darıxır” , “Nə hirslə oxuyur bu quş”, “Bir səhər yuxudan durub” bundan başqa “Çıxır”, “Yaylığını yel aparır”, “Gəlin açın yumruğumu”, “Şirin-şirin yuxudaydıq”, “Dünya mənə tanış gəlir”, “Ümidim yox bir adama”, “Dünya qəfil işıqlansa” və “Yıxılır”  şeirləri tələbələr tərəfindən ustalıqla səsləndirlib.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tələbələrin işini yüksək qiymətləndirib və əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Aktyor sənəti” ixtisası üzrə III tələbələri Nurlan Sultanlı, Səkinə Məmmədova, Malikəjdər Həsənli, Mehman Həsənov, Əfsanə Şirəliyevanın iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, musiqi tərtibatı mərhum Polad Vəliyə aiddir.