Naxçıvan Dövlət Universitetində “Ekoloji şam ağacı aksiyası” elan edilib
Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsininn təşəbbüsü ilə fakültələr arasında “Ekoloji şam ağacı aksiyası” çərçivəsində müsabiqə elan edilib. Müsabiqəyə fakültələr tərəfindən bir-birindən fərqli format və üslubda şam ağacları təqdim olunub.
“Tibb”, “Təbiətşünaslıq və Kənd təsərrüfatı”, “Beynəlxalq münasibətlər və Hüquq”, “Tarix-Filologiya”, “Memarlıq və Mühəndislik”, “İqtisadiyyat və İdarəetmə” fakültəsi tələbələri öz maraqlı ideyaları, dizayn xüsusiyyətləri ilə seçilən şam ağacları hazırlayıb nümayiş etdiriblər. Düzəldilən şam ağacları fakültələrdə tədris olunan ixtisaslara müvafiq olub.
Qeyd edək ki, hazırlanan əl işlərinin qiymətləndirilməsi ali təhsil ocağında 28 dekabrda keçiriləcək Yeni il şənliyində müvafiq səsvermə yolu ilə baş tutacaq.