Naxçıvan Dövlət Universitetində Elmi-Tədqiqat işlərinə həsr olunan Elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində Elmi-Tədqiqat işlərinə həsr olunan Elmi konfrans keçirilib

Ali təhsil müəssisəsininİqtisadiyyat və idarəetmə fakültəsində 2022-ci idə yerinə yetirilən Elmi-Tədqiqat işlərinə həsr olunan Elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor Elbrus İsayev elmi-tədqiqat işlərinə verilən tələbləri nəzərə alaraq bunun universitetin elmi potensialı üçün olduqca əhəmiyyətli və əsas göstəricilərdən biri olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələri üçün nəzərdə tutulan yeni akkreditasiya meyarlarına görə elmi-tədqiqat işlərinin önəmini vurğulayan rektor, bu sahədə sadəcə struktur dəyişikliyi və keyfiyyət yüksəkliyi deyil, həm də beynəlxalq rəqabət qabiliyyətlilik tələb olunduğunu qeyd edib. Bildirilib ki, elmi tədqiqat işlərinin funksionallığını artırmaq üçün komandalar şəklində tədqiqatlar aparılmalı və buraya magistr və doktorantlar cəlb olunmalıdır. “Tədqiqat universiteti” statusu üçün qarşıya qoyulan başlıca tələblərdən biri də elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqat nəticələrinin auditoriyalarda tətbiq olunmasıdır. Belə ki, müəllimlərin müəyyən elmi istiqamətlər üzrə apardıqları araşdırmaların nəticələri tələbələrin ixtiyarına verilməlidir.

Kafedraların elmi tədqiqat istiqamətləri barədə məlumat verən fakültə dekanı, iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərovbildirib ki, fakültə əməkdaşları bütünlüklə elmi tədqiqatlara cəlb olunub və yekunda elmi məqalələrin toplu vəsait formasında çap olunması nəzərdə tutulur. Mövcud elmi-tədqiqat planına əsasən İqtisadiyyat kafedrası “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının istiqamətləri”, Mühasibat uçotu və maliyyə kafedrası “Müasir iqtisadi şəraitdə mühasibat uçotu, iqtisadi təhlil və maliyyənin təkmilləşdirilməsi istiqamətləri”, Dünya iqtisadiyyatı və menecment kafedrası “Qloballaşma şəraitində regionun davamlı inkişafının təmin və idarə olunması”,  Bələdiyyə və turizm kafedrası “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında turizm potensialının və yerli özünüidarəetmənin təhlili” istiqamətində araşdırmalar aparılır və tədqiqatlar ilin sonunda yekulaşacaq.

Konfransın gedişatında kafedra müdirlərinin elmi hesabatları dinlənilib.

“Məhsulun, işlərin və xidmətlərin maya dəyərinin kalkulyasiyasının əsasları” mövzusunda çıxış edən iqtisad elmləri doktoru, professor Teymur Abbasov strateji yol xəritəsində əsas məqam kimi insan kapitalının formalaşmasının və innovasiyalı iqtisadiyyatın qurulmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası və xarici investisiyaların ölkəyə cəlb olunması üçün uçot sistemin təkmilləşdirilməsinə ehtiyac var və bunun üçün elmi-tədqiqat mərkəzləri yaradılmalıdır. Gələcək elmi-tədqiqatlarda Türk dövlətlərinin iqtisadiyyatının tədqiq olunmasını təklif edən kafedra müdiri qeyd edib ki, bu, perspektiv üçün prioritet mövzudur, çünki “Bir kəmər, bir yol” layihəsi reallaşdığı təqdirdə Azərbaycan bu sahədə regional əhəmiyyətli logistik mərkəzə çevriləcək.

Regionun davamlı inkişafına təsir edən amil və şərtlər barədə danışan iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov kafedra əməkdaşlarının mövzunun tədqiq olunmasında birbaşa iştirak etdiyini və on beş mövzu əsasında beş mərhələdən ibarət 75 elmi tədqiqat işinin yerinə yetirilməsinin nəzərdə tutulduğunu, bu sahədə ilkin mərhələnin artıq yekunlaşdığını qeyd edib.

Naxçıvan Muxtar Respublikasında etibarlı iqtisadi siyasət və işsizlik səviyyəsinin minimum səviyyədə saxlanılması mövzusunda aparılan araşdırmanı diqqətə çatdıran iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov kafedra əməkdaşlarının birgə fəaliyyəti ilə respublikada məşğulluq, infrastruktur, müəssisələrin idarə olunması, beynəlxalq əmək bölgüsü, innovasiyaların iqtisadiyyata təsiri istiqamətlərində tədqiqatlar aparıldığını, ümumilikdə, səkkiz əməkdaşın 23 elmi əsərinin çap olunduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında yerli özünüidarə sisteminin formalaşdırılması barədə danışan Flora Kərimova muxtar respublikada turizmin inkişafının tükənməyən ehtiyatlar siyahında tədqiqata cəlb olunduğunu və tədqiqatın yerli idarəetmə və turizm işlərinin təşkili istiqamətlərində aparıldığını bildirib.

Konfrans növbəti mərhələdə bölmə hesabatlarının dinlənilməsi ilə davam etdirilib.

Leave a Reply

Your email address will not be published.