Naxçıvan Dövlət Universitetində “Elmi tətqiqatların müasir aspektleri” adlı seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “Elmi tətqiqatların müasir aspektleri” adlı seminar keçirilib

Ali təhsil ocağının Magistratura mərkəzində keçirilən seminarda mərkəzin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov “Müasir dövrün tələbləri” haqqında çıxışında bildirib ki, magistratura ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksək ixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəsisslərin hazırlığını təmin edən təhsil prosesidir. Qeyd olunub ki, magistr hazırlığının ən mühüm məsələsi dissertasiya işlərinin tələb olunan şəkildə yazılmasıdır. Nəzərə çatdırılıb ki, bu istiqamətdə magistr dissertasiyalarında mövzunun seçilməsi ən vacib məqamdır.

“Elmi-tədqiqat işlərinin tətbiqi və səmərəliyi” mövzusunda çıxışında Elm və İnnovasiyalar bölməsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnarə Allahverdiyava vurğulayıb ki, elmi-tədqiqat işlərinin  təcrübəyə  tətbiqi  aparılan araşdırma  prosesinin son mərhələsi hesab olunur.

Diqqətə çatdırılıb ki, tətbiq prosesi mütərəqqi ideyalar, ixtiralar və innovasiyaların  praktiki  istifadəsi  zamanı  əldə  olunan  uğurla  ölçülür.

Arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə II kurs magistrant Sunay Abbasova “Elmi tədqiqata şəxsi münasibət və motivasiya”, “Şəhərsalma” ixtisaslaşması  üzrə I kurs magistrant Turan Abbaszadə  “İKT-nin müasir şəhərsalmada” rolu, Azərbaycan dili ixtisaslaşması üzrə I kurs magistrant Səkinə Məmmədzadə  “Təhsil və elmi-tədqiqat proseslərinə təsir edən amillər” mövzusunda çıxış ediblər.

Leave a Reply

Your email address will not be published.