Naxçıvan Dövlət Universitetində göy cisimlərinin öyrənilməsinə dair elmi- nəzəri seminar təşkil edilib

Naxçıvan Dövlət Universitetində göy cisimlərinin öyrənilməsinə dair elmi- nəzəri seminar təşkil edilib

Universitetin “Fizika- riyaziyyat” fakültəsində “Asteroid – Komet təhlükəsi problemi” mövzusunda elmi- nəzəri seminar təşkil edilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov qeyd edib ki, Fizika elmində göy cisimlərinin öyrənilməsi mühüm əlamətlərdən biridir. Bu iş üzrə fakültədə mütəmadi tədbirlər keçirilir, tələbələr ekskursiyalara cəlb olunur.
AMEA-nın Naxçıvan bölməsi, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev göy cisimləri haqqında məlumat verib, ölkəmizdə bu istiqamətdə aparılan işləri diqqətə çəkib. Qeyd edilib ki, göy cisimlərinə kometlər, planetlər, meteoritlər, asteroidlər, ulduzlar və digər bu kimi obyektlər aid edilir. Göy cisimlərinin ölçüsünün müxtəlif olduğunu vurğulayan Qulu Həziyev bildirib ki, nebula (dumanlıq) və supernova qalıqları xaricindəki astronomik cisimlər, özləri ətrafında fırlanarkən cazibə qüvvəsinə görə aşağı düşmürlər. Diqqətə çatdırılıb ki, ölçüsünə görə fərqlənən astronomik obyektlər var ki, onlardan ən böyük ölçülərə malik ulduzlar, ən kiçikləri isə meteoritlərdir. Alim vurğulayıb ki, bir ulduzun ətrafında dövr edən kütləvi səma cisimlərinə planet, ətrafında dövr edən kiçik göy cisimlərinə isə peyk deyilir.
Sonda tələbələrin sualları cavablandırılıb.