Naxçıvan Dövlət Universitetində “Hədəf” layihəsi çərçivəsində atıcılıq təlimi və yarışı keçirilib

Naxçıvan Dövlət Universitetində “Hədəf” layihəsi çərçivəsində atıcılıq təlimi və yarışı keçirilib

Ali təhsil müəssisəsinin Pedaqoji fakültəsində universitetin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Hədəf” layihəsi çərçivəsində atıcılıq təlimi və yarışı baş tutub.

           Silahdan düzgün istifadə qaydaları haqqında məlumat verən Pedaqoji fakültənin müəllimi, dosent Oqtay Rzayev bildirib ki, bu yarışda atəş hərəkətsiz hədəfə (kağız, karton hədəf üzərində qara dairə və onun ətrafında konsentrik çevrələrə) açılır.

          Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində həyata keçirilən layihə və tədbirlərin tələbələrin sosial inkişafına müsbət təsirlərindən danışıb.

          Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova tələbələri həm təhsil, həm də sosial həyatlarında fəal olmağa səsləyib. Qeyd edilib ki, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən bu yarış tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub.

          Pedaqoji fakültənin dekanı Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev çıxışı zamanı tələbələrə uğurlar arzulayıb.

          Qeyd edək ki, hər komanda bir qız və bir oğlan olmaqla iki nəfərdən ibarət olub və hər iştirakçıya üç dəfə şans verilib.

          Sonda qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published.