Naxçıvan Dövlət Universitetində İdarəetmə və təhsildə informasiya kommunikasiya texnologiyaları mövzusunda I respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində İdarəetmə və təhsildə informasiya kommunikasiya texnologiyaları mövzusunda I respublika elmi konfransı keçirilib

Konfransda çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov qeyd edib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur.  Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. 

          Prorektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər)” adlı sənəd qəbul edilmişdir. Həmin siyasi kursun davamı olaraq ölkə başçısı İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Bu baxımdan Universitetdə tədrisinin təşkilində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması prioritet istiqamətlərdən biridir.

          Elsevər Əsədov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

          Konfransda Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Mübariz Xəlilovun “Məlumat təhlükəsizliyində simmetrik və asimmetrik şifrələmənin tətbiqi”, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavamşır Zeynalovun “Data Mining-də məlumatların hazırlanması və suni intellektdə öyrənmə”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter elmləri kafedrasını dosenti, texnika üzrə fəlsəfə doktoru Arzu Quliyevin “Təhsildə riyaziyyat və informatikanın inteqrasiya aspektləri” mövzularında çıxışları dinlənilib.

          Plenar iclasın sonunda çıxış edənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, konfrans “Komputer şəbəkələri  və kibertəhlükəsizlik məsələləri”, “Təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi məsələləri” adlı onlayn və “İdarəetmədə suni intellekt və ekspert sistemləri” və “Böyük verilənlərin emalı problemləri və üsuları” adlı ənənəvi olmaqla 4 bölmədə öz işini davam etdirib.

Leave a Reply

Your email address will not be published.