
Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda vebinar keçirilib
Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsində “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda vebinar keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov tədbir iştirakçılarını salamlayıb, startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir. Startap layihələri haqqında danışan şöbə müdiri qeyd edib ki, yeni startap layihələrinin hazırlanması həm muxtar respublikanın inkişafı, həm də gənclərin layihələrinin tətbiqi sahəsində mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Mehparə Məmmədova “Beynəlxalq platformada startaplar” mövzusunda çıxış edib və vurğulanıb ki, startap layihələrin yaranması cəmiyyətdə baş verən müəyyən ehtiyaclardan yaranır. Diqqətə çatdırılıb ki, keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır. Nazirliyin əməkdaşı tələbələri xüsusilə muxtar respublikanın inkişafını təmin edəcək yeni layihələr yaratmağa səsləyib.