Naxçıvan Dövlət Universitetində ilk Caz konserti təşkil edilib

Naxçıvan Dövlət Universitetində ilk Caz konserti təşkil edilib

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev Konservatoriya və Musiqi Kollecinin birgə əməkdaşlığı ilə Simfonik orkestrin Naxçıvandan kənarda da qazandığı uğurlardan bəhs edib. Rektor ilk dəfə keçirilən caz konsertinin fəaliyyətini yüksək qiymətləndirib.

Fortepiano kafedrasının müdiri, professor, Prezident mükafatçısı Səidə Məmmədova Vaqif Mustafazadə haqqında öz xoş xatirələrini bölüşüb. Tələbəlik illərindən etibarən Vaqif Mustafazadənin yaradıcılıqla məşğul olduğu diqqətə çatdırılıb. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). “Cazın şahzadəsi” kimi tanınan Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, fortepiano konsertlərinin , “Muğam” simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir.

Sonda rektor konsertin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Leave a Reply

Your email address will not be published.