
Naxçıvan Dövlət Universitetində ilk dəfə beynəlxalq “Yer saatı 2023” ekoloji aksiyası keçirilib
İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltmək və enerjiyə qənaətə təşviq etmək məqsədi ilə baş tutan “Yer saatı 2023” ekoloji aksiyası Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Ekoloji aksiyada universitet rəhbərliyi, fəal gənclər və könüllülər iştirak ediblər.
Saat 20:00-da 1 saat ərzində işıqlar söndürülüb, simvolik olaraq şamlarla “60+” yazısı işıqlandırılıb.