Naxçıvan Dövlət Universitetində ilk dəfə “Moda” sərgisi keçirilib

Naxçıvan Dövlət Universitetində ilk dəfə “Moda” sərgisi keçirilib

Ali təhsil ocağının İncəsənət fakültəsində ilk dəfə olaraq Rəngkarlıq ixtisası üzrə təhsil alan  IV kurs tələbəsi Jalə Cəfərlinin “Moda” adlı fərdi sərgi mərasimi təşkil edilib. Tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov fakültədə müxtəlif səpkidə, rəngarəng üslubda təqdim edilən sərgilərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. Gənclərin yenilikçi addımlar atmasını yüksək qiymətləndirən prorektor müəllifi təbrik edərək, işində uğurlar arzulayıb.

Əməkdar rəssam, İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılov qeyd edib ki, gənc istedad sahibi Jalə Cəfərli sənətinə bağlılığı və istedadı ilə seçilən tələbələrdəndir.

Təsviri incəsənət kafedrasının professoru, Xalq rəssamı Hüseynqulu Əliyev müəllifin əl işlərini yüksək qiymətləndirərək, sərgidəki əsərlərin tematik mövzusu haqqında fikirlərini bildirib.

Təsviri incəsənət kafedrasının müdiri, Prezident mükafatçısı Siddiqə Hacıyeva da müəllifin gələcək işlərində uğurlar arzulayıb.

          Gənc müəllif Jalə Cəfərli Tədbirin təşkil olunmasına görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə 30  əsər sərgilənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.