Naxçıvan Dövlət Universitetində İngilis dili buraxılış kursu tələbələri üçün yekun dövlət attestasiyası keçirilib

Naxçıvan Dövlət Universitetində İngilis dili buraxılış kursu tələbələri üçün yekun dövlət attestasiyası keçirilib

Universitetin peşəkar müəllim heyətindən ibarət yekun dövlət attestasiya komissiyası tərəfindən İngilis dili müəllimliyi və İngilis dili tərcümə ixtisasları üzrə 4 illik təhsili başa vuran tələbələrin qazandığı biliklər yoxlanılıb. Universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, muxtar respublikada ingilis dilli kadrlara olan tələbatın ödənilməsində əsas baza rolunu oynayan Xarici dillər fakültəsində tədris peşəkar müəllimlər tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq tələbələr ali təhsil ocağında yeni yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində öz biliklərin sınayaraq Britaniya Şurası tərəfindən IELTS sertifikatına layiq görülüb. Rektor bu münasibətlə tələbələri təbrik edərək, onlara gələcək peşə fəaliyyətində uğurlar arzu edib.

Komissiya üzvləri tərəfindən verilən sualları cavablandıran tələbələr yekun dövlət attestasiyasından uğurla keçmiş hesab olunub. Eyni zamanda gələcək karyeralarını hansı istiqamətdə qurmaları barədə tələbələrin fikirləri dinlənilib, onlara müvafiq məsləhətlər verilib.

Magistrlərin və bakalavr təhsilini uğurla başa vuran tələbələrin iştirak etdiyi imtahanda minimum keçid balı 5 bal olaraq qiymətləndirilib və həmin tələbələr arasında müvəffəqiyyət göstərənlər sertifikata layiq görülüb.

Daha sonra IELTS imtahanında uğur qazanan tələbələrə sertifikalar təqdim olunub.

Qeyd edək ki, imtahanda 31 nəfər Xarici dil (İngilis dili müəllimliyi), 15 nəfər Tərcümə (İngilis dili, Azərbaycan dili üzrə) ixtisasları olmaqla bakalavr səviyyəsi üzrə ümumilikdə 46 tələbə iştirak edib. Magistrantlardan isə Dilşünaslıq (İngilis dili üzrə), Xarici dilin tədrisi metodikası və metodologiyası  ixtisaslaşması üzrə 5 nəfər uğurlu nəticə göstərib.

Məlumat üçün onu da bildirək ki, bakalavr pilləsində ən yüksək nəticəni 7,5 balla İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Zübeydə Zeynalova, magistrantlar arasında 6,5 balla Dilşünaslıq (İngilis dili üzrə) ixtisaslaşması üzrə II kurs magistrant Lalə Rzayeva əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.