Naxçıvan Dövlət Universitetində “İntiharın psixoloji səbəbləri və çıxış yolları” mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “İntiharın psixoloji səbəbləri və çıxış yolları” mövzusunda elmi-nəzəri seminar keçirilib

Ali təhsil müəssisəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “İntiharın psixoloji səbəbləri və çıxış yolları” mövzusunda elmi-nəzəri seminar baş tutub.

          Tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru, dosent Rza Məmmədov iştirakçıları salamlayaraq seminarı açıq elan edib. İntiharın, xüsusilə əsrimizdə, psixiatr və psixoloqların maraqlandıqları ən əhəmiyyətli mövzulardan biri vəziyyətinə gəldiyini diqqətə çatdıran Rza Məmmədov, keçirilən seminarın gənclərin  maarifləndirilməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

          Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fələsəfə doktoru, dosent Taleh Xəlilov bildirib ki, gənclər arasında ideoloji boşluğu doldurmaq və intiharların qarşısını almaq məqsədi ilə dövlət səviyyəsində müəyyən ciddi işlər aparılır və uzunmüddətli gənclər proqramı həyata keçirilir. İntihar risklərinin minimuma endirilməsi üçün ictimai və dövlət səviyyəsində mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdıran Taleh Xəlilov seminarın işinə uğurlar arzulayıb.

          Sonra Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramovanın “İntiharın psixoloji səbələri və çıxış yolları” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, ruhi pozğunluğu olan xəstələrdə öz canlarına qıyma hadisələrinə olduqca sıx rast gəlinir. İntihar edən bir şəxs amok sindromu, histerik şəxsiyyət, affektiv psixoz, psixotik depressiv vəziyyət və manik depressiv psixoz, yaşdönümü depressiyası və s. kimi xəstəliklərdən birinə aid olmaqdadır. Bunların həqiqət payları olduğu inkar edilə bilməz, ancaq bu şəxsiyyət strukturlarının formalaşmasında şəxsin ailəsinin, ətrafının və cəmiyyətin əhəmiyyətli payı var və bunları nəzərə almadan intiharın səbəblərini açıqlamaq qeyri-mümkündür. Təcrübə sübut edir ki, bu cür faciəli anlarda məlum şəxsi müəyyən vaxt çərçivəsində intihardan qorumaq lazımdır. Vaxt keçdikcə bu şəxsin psixikası yaranmış faciə ilə “razılaşmağa” başlayacaq və psixoloji gərginlik azalacaq.

Leave a Reply

Your email address will not be published.